"Azəriqaz"dan smart kartlarla bağlı açıqlama

15:30 02.01.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Smart kart tipli bəzi qaz sayğaclarında ödəniş sistemində 2026-ci yanvarın 1-i tarixindən yaranmış problem həmin gün axşam saat 20:00 aradan qaldırılmışdı. Kütləvi əməliyyatlar aparılması zamanı sistem təkrar xətalarla üzləşib.

"Azəriqaz" İstehsalat Birliyindən Hafta.az-a bildirilib ki, təqvim ilinin əvvəli olması ilə əlaqədar müraciət sayı da çox olur:

"Mücaciət sayının çox olduğundan müəyyən xətalarla üzləşdik. Yaranmış çətinliyin qısa müddətdə aradan qaldırılması istiqamətində mütəxəsislər çox ciddi iş aparır".